04.08.2025, 15:51
AZ EN
04.08.2025, 12:36 223

Latviyadan gələn iştirakçı: Xankəndidə olmaq mənim üçün çox qürurvericidir

QARABAĞ
  • Xankəndidə olmaq çox qürurvericidir.

Bu fikirləri açıqlamasında "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsinin Latviyadan gələn iştirakçısı Əliəşrəf Abdullayev deyib.

"Latviyanın Riqa şəhərindən gəlmişəm. Riqada Stradin adına Universitetin Beynəlxalq münasibətlər ixtisasından yeni məzun olmuşam. Azərbaycanın diasporla iş təşkilatının yay düşərgəsində iştirak etmək mənim üçün böyük bir fəxrdir. Eləcə də işğaldan azad olunan Xankəndidə olmaq mənim üçün çox qürurvericidir. Yay düşərgəsində təşkil olunan panellər və keçirilən tədbirlər gənclərin dünyagörüşlərinin inkişafında böyük rol oynayır. Yaradılan bu fürsət üçün təşkilatçılara təşəkkür edirəm", - deyə o bildirib. (Report)

Oxşar xəbərlər