01.05.2026, 14:55
AZ EN
01.05.2026, 13:18 89

Şəhid Səbuhi Əhmədovun xatirəsi ehtiramla yad edildi

XƏBƏRLƏR
  • “Xocalı Soyqrımını Tanıtma” və “Vətənpərvərlər” Maarifləndirmə İB-nin birgə təşkilatçılığı ilə şəhid gizir Səbuhi Əhmədovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri “Xocalı Soyqrımını Tanıtma” İB-nin sədri Şamil Sabiroğlu açaraq qonaqları salamladı. Sonra Dövlət Himnimiz səsləndi, Ulu öndər Heydər Əliyevin və torpaqlarımız uğurunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Şamil müəllim ilk əvvəl şəhid Səbuhi Əhmədovun həyat hekayətini danışaraq bildirdi ki, Azərbaycan Ordusunun şəhid giziri Səbuhi Əhmədov 21 dekabr 1996-cı ildə Sumqayıtda anadan olub. Valideyn himayəsindən məhrum olan Səbuhi qardaşı ilə birgə Bakı SOS Uşaq Kəndində böyüyüb. ADİU-nin nəzdində Qida Sənayesi Kollecində təhsil alıb. Səbuhi Əhmədov İkinci Vətən Müharibəsində iştirak edib və "Cəsur döyüşçü" medalı ilə təltif edilib. İgid Vətən oğlu 2022-ci ilin sentyabrında Azərbaycanda həyata keçirilən antiterror əməliyyatı zamanı Kəlbəcərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz Bakıda Hərbi Memorial Məzarlıqda dəfn olunub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib. Sonra şəhidimizlə bağlı videoçarx nümayiş etdirildi. 

Milli Məclisin deputatı Vüqar Rəhimzadə, "Vətənpərvərlər" Maarifləndirmə İB-nin sədri Aynur İsayeva, Qida Sənayesi Kollecinin direktor müavini Aytən Ağayeva, ictimai xadim Salman Əliyev, yazıçı - publisist Mətanət İmamquliyeva, "Xocalı Soyqırımını Tanıtma" İB-nin Qadınlar Şurası sədrinin müavini Aynurə Rüstəmova, AMEA Tarix İnstitutunun elmi işçisi, "Xocalı Soyqırımını Tanıtma" İB-nin İdarə Heyətinin üzvü Arzu Musayeva, Azərbaycan İncəsənət Məktəbinin direktoru Gülnar Əzimova, "Azərbaycan bayrağı" ordenli şəhid Feyruz Cəlilovun bacısı Ədilə Mustafayeva, Səbuhi Əhmədovun müəllimi Ülviyyə Eldarova, döyüşçü dostu Ceyhun Hacıyev, yazıçı-publisist Mövsümağa Ədalətoğlu və başqaları çıxış etdilər.

Millət vəkili Vüqar Rəhimzadə çıxışında bildirdiki, şəhidlərin ancaq doğum tarixləri olur: “Onlar ölməzdilər, əbədi yaşayırlar. Şəhidlər torpağı qanları ilə Vətənə çevirən oğullardı və onlar bütün dünyada bizə baş ucalığı gətirdilər. Səbuhi Əhmədovun şəhid kimi müqəddəs adı əbədi olaraq tariximizə yazılıb və həmişə yaddaşımızda qalacaq!”  

Tədbirdə vətənpərvərlik ruhunda yazılmış bir çox mahnıların bəstəkarı və ifaçısı Arif Səlimov şəhidlərə və Müzəffər Ali Baş Komandanımıza həsr etdiyi mahılarını ifa etdi. Şəhidlərlə bağlı kitabların müəllifi, Laçından olan yazıçı Lətifə Rəşid çıxışında şəhid Səbuhi Əhmədova və qazilərimizə həsr etdiyi şeirlərini söylədi.

Tədbirdə 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri şəhidlərimizə aid ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.   

Mina RƏŞİD

Oxşar xəbərlər