14.12.2025, 18:36
AZ EN
26.11.2025, 15:24 252

Ağdamda istənilən sahibkar öz biznesini yarada bilər

QARABAĞ
  • Ağdam Sənaye Parkı yenidən qurulan Qarabağın sənaye mərkəzidir və  4 ildən artıqdır ki, fəaliyyət göstərir. Sənaye mərkəzini qurmaqda məqsəd işğaldan azad olunmuş ərazilərin iqtisadi həyatını bərpa etmək, əhalinin məşğulluğunu artırmaq, Qarabağın sənaye potensialını müasir texnologiyalar əsasında canlandırmaqdır. Qeyd edək ki, 190 hektar ərazidə salınmış Ağdam Sənaye Parkında 35 sahibkarlıq subyekti istehsal sahəsi ilə məşğul olur.

Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Bunun nəticəsidir ki, Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkəmizdə mövcud sənaye zonaları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. Mərkəz sahibkarlar üçün çox cəlbedicidir. Çünki burada onlar əlavə dəyər vergisi və gömrük rüsumlarından azaddırlar. Azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parkları üçün əlavə dəstək mexanizmləri də tətbiq olunur. Belə ki, buna güzəştli kreditlər, kommunal xidmətlərdə 20 faiz endirim və xammalın idxalında tam azad olma daxildir.

Ən son məlumata görə Ağdam Sənaye Mərkəzində artıq minə yaxın adam işlə təmin edilib. İşçilərin 90-95 faizi keçmiş məcburi köçkünlərdir.

Ağdam Sənaye Parkında tikinti materiallarından tutmuş, ət və süd məhsullarına, yem və gübrəyədək istehsal edilir, həm də məhsul ixrac olunur. Parkda indiyədək 1 milyard manatlıq satılan məhsulun 50 milyard manatı ixracın payına düşür.       

Parka sifarişlər həm özəl, həm də dövlət qurumlarından gəlir. Dövlətimizin Ağdam Sənaye Parkında sahibkarlara verdiyi imtiyazlar yerli məhsulların davamlılığını artırır. EEL elektrik şirkətinin elektrik avtomobilləri üçün istehsal etdiyi şarjdoldurma avadanlığının 40 faizi artıq xarici bazarlara çıxarılacaq. Qeyd edək ki, şirkətin həmin avadanlığı artıq Cəbrayıl rayonundakı yanacaqdoldurma məntəqəsində quraşdırılıb.

Beləliklə, Ağdam Sənaye Parkında istənilən sahibkar istədiyi biznesi yarada bilər. Onun İqtisadiyyat Nazirliyində “Bir pəncərə” sisteminə müraciət etməsi kifayətdir.

Mina RƏŞİD

Oxşar xəbərlər