İlk görüş-müzakirə fondun beynəlxalq şöbəsinin rəhbəri Rene Klanın giriş sözü ilə başlayıb. O, fondun Ermənistandakı fəaliyyəti ilə bağlı danışarkən bildirib ki, nəticə müsbətdir. Erməni spiker isə çıxışına guya Ermənistanda demokratik inkişafın olması ilə başlayıb. O, deyib ki, guya Ermənistan azadlıq və demokratiya dəyərlərinə açıq ölkədir, Azərbaycan isə haylara sülh və təhlükəsizlik məsələlərində problemlər yaradır. 2020-ci ildəki 44 günlük müharibədən sonra baş verənləri sırf erməni yalanları və uydurmaları ilə sadalayan hay spiker Ermənistanla Almaniya arasındakı münasibətlərin demokratiyanın inkişafına töhvə verdiyini bir neçə dəfə təkrarlayaraq boynundan asılmış qırıq qolunun ağrısından üz-gözünü turşudaraq çıxış üçün ayrılmış vaxtın yarıdan çoxunu Azərbaycan barədə qiybətə həsr edib.
Onun başına yumruq dəyəndə nə qədər danışacağını, ümumiyyətlə, danışmağa halı olub-olmayacağını demək isə çətindir.
Nəsib