Xocalıdakı Rusiya sülhməramlı qüvvələrinin qərargahı yaxınlığında erməni separatçılarının atəş hazırlığı keçirməsi ilə bağlı video görüntülər yayılır. Separatçı qüvvələrin aktivləşməsi ictimaiyyət arasında narazılıqla qarşılanır.
“Hazırdakı danışıqlar prosesinin intensivləşdiyi bir vaxtda fasiləsiz olaraq erməni separatçılarının həm sərhəddə, həm də rusların müvəqqəti nəzarətində olan ərazilərdə atəşkəsi pozması, mühəndis qurğuları, ratifikasiya qurğuları inşa etməsi atəşkəsin daha intensiv şəkildə, həm də eyni gündə dəfələrlə pozulması sülh sazişi üzrə danışıqlar prosesini daha çox sərhəddə və Qarabağda baş verən proseslərə yönəltməkdən ibarətdir”.
Bunu hərbi ekspert Ədalət Verdiyev İctimai televiziyaya açıqlamasında deyib.
Ekspert qeyd edib ki, yəni danışıqlar prosesinin predmetinə ən azından təsir etmək və ya bu predmeti öz maraqlarına uyğun olan məsələsyə yönəltmək və burada eyni zamanda da ermənilərin çox ağrılı-acılı bir nöqtəsi olan Laçın sərhəd-keçid məntəqəsini yenidən müzakirə mövzusuna çevirməkdən ibarətdir. Bu səylər isə heç bir nəticə verməz.
Hərbi ekspert daha sonra əlavə edib ki, keçirilən bu təlimlər, ilk növbədə birmənalı olaraq qeyd etmək lazımdır ki, rus kontingenti konandanlığın qərargahının yerləşdiyi Xocalı ərazisində yerləşir. Xocalının Azərbaycan üçün nə demək olduğunu təkrarlamağa isə ehtiyac yoxdur: “Bu isə bilərəkdən Azərbaycan tərəfini daha çox qıcıqlandırmağa, Azərbaycan vətəndaşının hissiyatıyla oynamaq məqsədilə rus-erməni birliyinin Qarabağda atdığı məqsədyönlü adddımlardır. Bu addımların nəticəsində keçirilən o təlim ərazisi Azərbaycan üçün çoxdan legitim hədəf olmalıydı, o binaları, nöqtə atəşi ilə məhv etmək bizim üçün heç bir problem təşkil etmir və xatırladıram ki, bu görüntülər ilk dəfə deyil ki, yayılıb. Daha əvvəl də biz bunu izləmişik. Bəlkə də artıq yetər onu izləməyimiz. Artıq biz dünyaya nümayiş etdirdik ki, bizim ərazilərimizdə mövcud olan erməni silahlıları bizə qarşı revanşa hazırlaşırlar. Bu təimlər nədən ötrü keçirilir sualına cavab axtaranlar dərhal bizə haqq qazandıra bilərlər. Çünki bu təlimlər birmənalı olaraq Qarabağda yerləşən bizim qoşunların, orda bərpa-quruculuq işləri ilə məşğul olan mülki əhalimizin həyat və təhlükəsizliyi baxımından sağlamlığına kifayət qədər ciddi təhdidlər yaradan bir məsələdir. Hesab edirəm ki, təlimlərin keçirildiyi vaxt, heyətin də orda olduğu vaxt həmin ərazi darmadağın edilməlidir. Biz izlədik, göstərdik. Əgər nəticə çıxarmadısa rus kontingentinin konamdanlığı, qoy onda gələn dəfə ora belə deyək, erməni silahlısı daşıyıb gətirib ona təlim keçirmək istəyəndə düşünsünlər. Bəzi qüvvələr var ki, onlar sözlə anlamazlar, onlar Yumruqla anlayarlar, zərbə gücü ilə anlayarlar. Əgər bunu istəyirlərsə, bunu da edə bilərik. Biz daha əvvəl nümayiş etdirmişik ki, çox yaxşı təcrübəyə malikik. İstədiyimiz əraziyə, günün istənilən vaxtında, günün istənilən iqlim şəraitində, istənilən coğrafiyadan istifadə etmək imkanlarımız var. Bizim səbrimizi sınamağa çalışırlar, səbr kasamızı daşdırmağa çalışlırlar. Amma bu çox uzun sürmək, bunu bir cavabı olacaq”,- deyə Ədalət Verdiyev vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ