27.06.2025, 17:58
AZ EN
01.11.2022, 16:49 405

İran ermənilərə “nəzir” verir

YAZILAR

 

Erməni KİV-lərinin İranın İRNA informasiya agentliyinə istinadən bu gün günorta yaydığı xəbərdə deyilir ki, noyabrın 1-də Tehrana səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanı İran İslam Respublikasının prezidenti İbrahim Rəisi Tehranın tarixi mədəniyyət kompleksi olan Saadabadda qəbul edib. Onlar regional, ikitərəfli məsələlər barədə fikir mübadiləsi aparıb, bir sıra sənədlər imzalayıblar. Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sonosyan isə İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi ilə görüşüb. Hər iki nazir İranın Ermənistanda keçiriləcək tenderlərdə içtirakı, iki ölkə arasındakı yolun daha da genişləndirilməsi sayəsində yük dövriyyəsini artırmaq barədə razılığa gəlib və müvafiq sənəd imzalayıblar. Xəbərlərdə bildirildiyinə görə, İran Kacaranda tunel tikməyi və bütün xərcləri özü ödəyəcəyini vəd edib. Bəs, bu, vəsait hardadandır?  Bəlkə, İranda camaatın verdiyi “nəzirlərdir”.

Nəsib QARAMANLI

Oxşar xəbərlər