16.12.2025, 19:18
AZ EN
16.12.2025, 17:26 87

İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində parçalanma: Mühafizəkarlar yenidən səhnədə

YAZILAR
  • İranın ali dini liderinin xarici siyasət məsələləri üzrə müşaviri Əli Əkbər Vilayətinin Ermənistanın Tehrandakı səfiri ilə görüşündə Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi tənqidi fikirlər bir daha Tehranın bu məsələyə yanaşmasında mövqelərin parçalandığını ortaya qoyub.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edir ki, Vilayətinin “Tehran Zəngəzur dəhlizinə qarşıdır” açıqlaması İran daxilindəki mühafizəkar qüvvələrin mövqeyini əks etdirir. Halbuki, yeni seçilmiş prezident Məsud Pezeşkian və onun komandasında yer alan xarici işlər naziri Abbas Əraqçı dəhlizə qarşı bu cür sərt mövqe nümayiş etdirmirlər. Bu da İran daxilində eyni strateji məsələyə iki fərqli baxışın olduğunu göstərir.

Politoloqun fikrincə, Zəngəzur dəhlizinin “Tramp marşrutu” ilə eyniləşdirilməsi və ona qarşı çıxılması artıq nəticəsiz qalacaq. Çünki regionda reallıqlar dəyişib və dəhlizin inşası davam edir. Əgər Ermənistanda yeni siyasi və ya sosial böhran yaşanmasa, dəhlizin 2028-ci ilin sonunadək istifadəyə verilməsi gözlənilir.

Maraq doğuran digər məqam isə Ermənistanın səfirini məhz Vilayəti ilə görüşə göndərməsidir. Ehtimal olunur ki, bu, Tehrandakı mühafizəkar dairələrin vasitəsilə Paşinyana dolayı mesaj çatdırmaq cəhdi olub. Əks halda, rəsmi İrəvan Vilayətinin Zəngəzur məsələsində sərt mövqeyini yaxşı bildiyi halda, bu görüşü təşkil etməzdi.

Azərbaycan tərəfinin isə bu kimi görüşlərə ehtiyac duymadığı, çünki Bakının dəhliz məsələsində mövqeyinin açıq və qəti olduğu vurğulanır.

Tahirə AĞAMİRZƏ

 

Oxşar xəbərlər