26.09.2025, 04:17
AZ EN
17.09.2025, 14:30 229

Azərbaycan müdafiə xərclərini 4 faiz artırır

YAZILAR
  • 2026-cı ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 8 milyard 714 milyon 800 min manat olması nəzərdə tutulur və bu da 2025-ci ilinin təsdiq olunmuz proqnozu ilə müqayisədə 3,8 faiz çoxdur.

“Azərbaycan çox həssas bir regionda yerləşir. Həm Şimalımızda, həm Cənubumuzda hərbi gərginlik mövcuddur. Azərbaycan həmişə hər şeyə hazır olmalıdır və adından da göründüyü kimi, bu müdafiə xərcləridir. Yəni Azərbaycan istənilən an Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə olan təhdidlərə qarşı hazır olmalıdır”.

Bunu İTV-yə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili əlavə edib:

“Digər tərəfdən silahlar vaxtaşırı yenilənir. Yeni silahlar isə elə də ucuz deyil. Artıq müharibə texnologiyası dəyişib”.

Hərbi ekspertlərin dediyinə görə, hazırda silah bazarında ciddi qiymət artımı var. Müasir texnologiyaların alınması isə həm böyük məbləğ, həm də  uzunmüddətli xidmət və dəstək tələb edir”.

Hərbi ekspert Şair Ramaldanov İTV-yə açıqlamasında bildirib ki, münaqişə ocaqlarında gedən proseslər Ukrayna-Rusiya müharibəsi, onlar da silah bazarında silahın bahalaşdırılmasına aparan amillərdir: “Çünki  silah tələbatı çoxalıb, tələbat coxalanda deməli, qiymətlər də yüksəlir. Ona görə də,  bütün bunlar  bu gün Azərbaycanın böyük ehtiyacı silaha   v s. deməzdim. Digər tərəfdən Azərbaycanın müdafiə və təhlükəsizliklə bağlı silahların bəzi təminatı bizim müdafiə sənayemizlə də təmin olunur. Əgər müdafiə sənayemiz bu cür inkişaf etəməsə, əlbəttə ki, bizim büdcə xərclərimiz daha da çoxalardı”.

Digər bir məqam isə ondan ibarətdir ki,  müdafiə xərcləri sadəcə yeni silahların alınmasına yönəlmir. Yeni hərbi şəhərciklərin  salınması, hərbi qulluqçuların maddi durumunun hərbi və təhlükəsizlik məsələləri ilə bağlı infrastrukturun yaxşılaşdırılması da müdafiə xərclərinə ayrılan vəsait hesabına həll edilir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər