17.06.2025, 03:59
AZ EN
27.05.2025, 12:44 230

Bəhruz Məhərrəmov: "Ermənistan bu fürsəti buraxacaqsa, sonrakı yaşananlarda biz günahkar olmayacağıq"

YAZILAR
  • "Birmənalı şəkildə əminəm ki, sülh o qədər də uzaqda deyil. Amma bu, Ermənistanın dediyi forma əsasında olmayacaq".

Bunu ARB24-ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, əlbəttə, Azərbaycan sülh arzulayır. Amma eyni zamanda nəzərə alaq ki, Azərbaycan sülh yolu ilə əldə edəcəyi hər şeyə artıq sahibdir. Bu mənada Ermənistan fikirləşməlidir ki, indiki məqamda sülhü biz dinc yolla əldə etməliyik, yoxsa, yenidən Dəmir yumruq Ermənistandakı revanşizmi əzdikdən sonra bu mənada Azərbaycan Ermənistana şans verib. Bir daha vurğulayırıq ki, biz müharibə arzulamırıq. Birmənalı şəkildə bitmiş münaqişənin əvəzində yeni bir münaqişənin canlanmasını istəmirik. Amma maraqlarımızı, həmçinin mənafelərimizi biz birmənalı şəkildə qoruyacağıq və harda, necə və hansı formada olmasından asılı olmayaraq:

"Biz eyni zamanda 350 minlik Qərbi azərbaycan icmasının artıq Azərbaycanda, Bakıda, öz ata-baba yurdlarından kənarda, adamlar var, artıq qırx ilə yaxındır ki, ata-babasının qəbrini görmür, övladının qəbrini görmür. Bəs, bunların haqlarını kim müdafiə edəcək? Yəni biz bunların haqlarını birmənalı şəkildə təmin edəcəyik. Amma bir daha təkrar edirəm, möhtərəm Prezident Ermənistana dəfələrlə xəbərdarlıq edib. Biz demirik ki, tank üstündə gələciyik. Biz eyni zamanda mövcud vəziyyətdən istifadə edib, həm də Qərbi Azərbaycan məsələsini bir etimad mühitinə çevirmək istəyirik ki, azərbaycanlılar öz yurdlarına qayıtsınlar.

Bu gün Ermənistanda demoqrafik problemlər var. Qayıtsınlar Ermənistanın layiqli vətəndaşları kimi orda quruculuqda iştirak eləsinlər. Biz bunu arzulayırıq. Yəni Ermənistan bu fürsəti buraxacaqsa, artıq sonrakı yaşananlarda biz günahkar olmayacağıq".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR