27.06.2025, 22:12
AZ EN
25.11.2022, 13:45 522

Paşinyan özündən razılıq edir

YAZILAR

KTMT-nın noyabrın 23-də keçirilmiş zirvə toplantısı barədə xəbərlər davam etməkdədir. «Hraparak» media şirkətinin noyabrın 25-də öz saytında yer almış «Hökumətin iclasında nədən danışıldı?» başlıqlı məqalədə göstərilir ki, noyabrın 24-də baş nazir Nikol Paşinyanın sədrliyi ilə hökumətin növbəti iclası keçirilib. Gündəlikdəki məsələlər barədə ötəri söhbət getdikdən sonra baş nazir Nikol Paşinyan KTMT-nın qapalı keçirilən zirvə toplantısında etdiyi çıxışın cəmiyyətdə müsbət qarşılandığını, 17 sənəddən ikisinə imza atmamaqla Ermənistanın mənafeyini müdafiə etdiyini vurğulayıb. Daha çox ölkədə baş verən böhran barədə deyil, KTMT-nın fəaliyyəti barədə düşündüyünü etiraf edən N.Paşinyan həmin iki sənədə imza atmamaqla həm də Ermənistanın bacıları olan Fransa və İranın daha çox xoşuna gəldiyini vurğulayıb. İrandan Qarabağa daşınan müxtəlif yüklərin əsl bacı payı olduğunu şübhəsiz, yaxşı bilən Ermənistanın baş naziri həyasızcasına onu da bildirib ki, Fransa Senatının Assambleyasında noyabrın 28-də Azərbaycanın əleyhinə daha bir sənəd qəbul ediləcəkdir. Azərbaycan milli məclisinin 8 noyabr tarixli bəyanatını Ermənistana təhdid kimi qəbul edən erməni baş nazir erməni ictimaiyyətində təkrarlanan «KTMT-da Azərbaycanın dostları çoxdur» fikri ilə həmrəy olduğunu rəsmi sürətdə açıqlayıb.

Nəsib QARAMANLI

Oxşar xəbərlər