22.05.2025, 16:48
AZ EN
13.09.2023, 15:26 326

Paşinyan öz axmaqlığını göstərir

YAZILAR
  • Bu sözləri ictimai xadim, müharibədə ölən əsgərin anası, "5165 " hərakatının təşəbbüs qrupunun üzvü Karin Tonoyan "Hraparak"ın müxbiri Hayko Aloyanla müsahibəsində deyib.

Müxalif qadın belə bir maraqlı fikir də söyləyib ki, Araik Harutyunyan istefa verməklə Paşinyanın siyasətinin həyata keçirilməsinə yardımçı olub. Onu əvəz edən Şahramanyan da heç bir səriştə və uzaqgörənliyə malik deyil. O da Paşinyanın "əlinə" oynayır. Rusiyanın humanitar yükünün Ağdam-Xankəndi yolu ilə getməsini Azərbaycan Prezidenti İlham Əliyevin növbəti uğuru hesab edən K.Tonoyan R.T.Ərdoğanla Paşinyanın telefon söhbəti ilə bağlı gözləntilər barədə sualı da özünəxas cavablandırıb. Deyib ki, yalnız axmaqlar düşmənlərə əl verir, ağıllılar isə özlərini düşməni olmamış kimi göstərir. Rəqib ayrı, düşmən isə başqa şeydir. Paşinyan başqasının ayağının altına düşməyə həmişə hazırdır. "Ərdoğan indi bölgədə bir az sözü keçən olduğuna görə o, (yəni Paşinyan- N.Q.) indi hamıya zəng edir, hamıya yalvarır ki, müharibə olmasın. Burada iki variant var: o, ya 100 faiz bilir ki, müharibə başlasa özünün yeri məzarda olacaq, ya da hakimiyyətdən gedəcək", - deyə K.Tonoyan sonra əlavə edib ki, əsgər valideynləri Paşinyana yox, Ərdoğana dua edib yalvarırlar ki, övladlarına toxunulmasın.

N.Qaramanlı

Oxşar xəbərlər