14.12.2025, 08:04
AZ EN
25.11.2025, 10:54 213

Kəlbəcər rayonu üzrə dövlət qeydiyyatına alınan tarix-mədəniyyət abidələrinin sayı açıqlanıb

XƏBƏRLƏR
  • Kəlbəcər rayonu üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə 28 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb.

Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, Kəlbəcər rayonunda yerləşən 28 abidədən 1-i dünya əhəmiyyətli memarlıq (Xudavəng monastırı), 2-i ölkə əhəmiyyətli memarlıq (Lex qalası, monastır) nümunələridir.

Həmçinin açıqlanıb ki, 28 abidədən 3-ü ölkə əhəmiyyətli arxeoloji (Zar mağara düşərgəsi, Qayaüstü təsvirlər, yaşayış yeri), 16-sı yerli əhəmiyyətli memarlıq (Comərd qalası, Qırmızı məbəd və s.) , 1-i yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 5-i isə dekorativ-tətbiqi sənət nümunələridir (Daş qoç fiqurları)",-deyə qurumdan əlavə edilib. (Trend)

Oxşar xəbərlər