“Xalq qəzeti”nin verdiyi məlumata görə, Azərbaycan, özbək və türk dillərində nəfis şəkildə çap edilən nəşrdə Ulu Öndərin nitqlərindən seçilən 100 müdrik sözlər, kəlamlar, tövsiyə və nəsihətlər yer alıb.
Kitabda qeyd olunur ki, Heydər Əliyevin ideyaları bəşəriyyəti tərəqqiyə, sülhə, ədalətə, inkişafa, rifaha səsləyir. İrqindən, milliyyətindən, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir şəxs, hər bir insan üçün dəyərli fikirlərin yer aldığı bu kəlamlar təkcə bu gün üçün deyil, bütün dövrlər üçün aktualdır. Bu da Heydər Əliyev müdrikliyini, uzaqgörənliyini bir daha bariz şəkildə nümayiş etdirir.
Məlum olduğu kimi, Ulu öndərin adını daşıyan Mədəniyyət Mərkəzi tərəfindən Heydər Əliyev ili və Ulu Öndərin yüz illik yubileyi münasibəti ilə dahi şəxsiyyətin zəngin irsini qardaş ölkədə tanıdılması təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirilir və haqqında danışılan nəşr də bunlardan biridir.
Kitabın Azərbaycanda və Özbəkistanda geniş təqdimatları nəzərdə tutulur.
Hazırladı: Mina RƏŞİD