08.02.2026, 22:35
AZ EN
27.12.2025, 11:00 175

Şimali Kaliforniyada bayram tədbiri keçirilib

XƏBƏRLƏR
  • ABŞ-nin Kaliforniya ştatının San Xose şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib. Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ABŞ-də yaşayan Azərbaycan icmasının üzvləri, mədəniyyət xadimləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbəri Nurlan Şükürlü çıxışında Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən bəhs edib.

Tədbirdə, həmçinin ilin ən uzun gecəsi olan Böyük Çillənin fəlsəfəsindən danışılıb. Bu qədim adətin insanın qışa, soyuğa və qaranlığa qarşı mübarizəsini, işığın qaranlıq üzərində qələbəsini təmsil etdiyi bildirilib.

Proqramın bədii hissəsini milli musiqi və rəqslərlərimiz bəzəyib. Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin könüllüsü Anar Allahverdiyevin rəhbərliyi ilə “Sound of Fire” qrupunun səsləndirdiyi “Çoban” və “Qaytağı” oyun havaları tədbirə xüsusi rəng qatıb. Xoreoqraf Rozi Alməmmədovanın rəhbərliyi ilə “Gənclər Ansamblı” (Azerbaijan Youth Ensemble) “Uzun Dərə” rəqsini yüksək peşəkarlıqla ifa edib. Musiqiçi Aydın Şaterian və onun tələbələri isə tarda müxtəlif milli mahnılarımızı səsləndiriblər. Bütün çıxışlar iştirakçıların alqışları ilə qarşılanıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər