27.06.2025, 05:46
AZ EN
11.04.2023, 15:07 490

İgid əsgər

XƏBƏRLƏR

Elçin Sahib oğlu İbrahimov 2 avqust 1985-ci ildə Ağdam rayonunda anadan olmuşdur. O, Ə. Məmmədov adına Təzəkənd tam orta məktəbində oxumuş, orta təhsil almışdır. Həqiqi hərbi xidmətə çağırılan Elçin Quru Qoşunlarında xidmət etmişdir. Nümunəvi bir əsgər kimi xidmətini başa vurduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyində işləməyə başlayıb. Vətən müharibəsində o, da bir döyüşçü kimi qəhrəmanlıq göstərmişdir. Füzuli, Cəbrayıl rayonları uğrunda döyüşərək düşmənə qarşı amansız olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Elçin Sahib oğlu İbrahimov "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Ailəlidir, iki övladı var. Üçüncü dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər