27.06.2025, 21:20
AZ EN
16.11.2022, 16:45 481

“Qaçqınların müdafiəsi üzrə hüquqi və institusional çərçivə” mövzusunda keçirilən iki günlük təlim başa çatıb

XƏBƏRLƏR
  • Dövlət Miqrasiya Xidmətində (DMX) Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində təşkil edilən “Qaçqınların müdafiəsi üzrə hüquqi və institusional çərçivə” mövzusunda keçirilən iki günlük təlim yekunlaşıb.

Təşkilatdan bildiriblər ki, Dövlət Miqrasiya Xidməti, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliklərinin təşkil etdiyi təlimdə iştirakçılara beynəlxalq müdafiənin əsas komponentləri və bununla bağlı milli çərçivə haqqında ümumi məlumat çatdırılıb.

Bu istiqamətdə təlimlər Xidmətin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov, Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin baş inspektoru Rüfət Əliyev, BMqT-nin nümayəndəsi Verigo Tatyana, BMT QAK-ın ölkəmizdəki nümayəndəliyinin məsul əməkdaşı Sənan Hacıyev və beynəlxalq ekspert Elmar Bağırov tərəfindən keçirilib.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub. (AZƏRTAC)

Oxşar xəbərlər