Bu sözləri açıqlamasında keçmiş məcburi köçkün Ofelya Abdullayeva deyib.
O bildirib ki, Azərbaycan Ordusu Vətən müharibəsi zamanı yüksək peşəkarlıq və böyük qəhrəmanlıq nümayiş etdirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Ordumuzun birliyi sayəsində 44 gün ərzində illərlə həsrətində olduğumuz Zəfər qazanıldı.
Ağdama ailəsi ilə birlikdə qayıtdığını söyləyən A.Ofelya uzun illərdən sonra doğma yurda dönməyin onun üçün xüsusi məna daşıdığını deyib: “Doğma el-obama dönüşüm mənim üçün böyük qürur mənbəyidir. Hisslərimi ifadə etməkdə çətinlik çəkirəm”.
O, yaradılan şəraitə və göstərilən diqqətə görə dövlətimizin başçısına təşəkkürünü ifadə edib, şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa arzulayıb. (AZƏRTAC)