21.04.2026, 11:19
AZ EN
21.04.2026, 08:00 31

Ağdam sakini: "Allaha şükür edirəm ki, uzun illər çəkdiyimiz yurd həsrəti sona çatdı"

XƏBƏRLƏR
  • Bu gün sevinc və qürur hissinin bir araya gəldiyi ən unudulmaz günlərdən biridir. Doğma Ağdam torpağına yenidən qayıtmaq mənim üçün böyük xoşbəxtlikdir. Biz illər boyu bu günün gələcəyinə ümid etmişdik və nəhayət, o arzu reallığa çevrildi. Bizə bu tarixi günləri yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı və şəfa arzulayıram.

Bu sözləri aprelin 21-də Bakıdan Ağdam rayonuna yola salınan keçmiş məcburi köçkün Siyavuş Ağayev deyib.

O qeyd edib ki, artıq yurduna qovuşmaq sevinci təkcə Ağdam sakinlərinin deyil, bütün keçmiş məcburi köçkünlərin həyatında yaşanır. Dövlət tərəfindən inşa olunan yeni yaşayış məntəqələrində həyat yenidən canlanır, insanlar öz doğma torpaqlarına mərhələli şəkildə geri dönürlər.

“Uca Allaha şükür edirəm ki, haqq-ədalət bərpa olundu və uzun illər çəkdiyimiz yurd həsrəti sona çatdı. Bu hadisələri gənclik illərimdə yaşamışdım, indi isə ailəmlə birlikdə doğma ata ocağıma qayıdıram. Sevincimizin həddi-hüdudu yoxdur”, - deyə Ağdam sakini bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər