Qəbulda həmçinin İcra Hakimiyyətinin Başçısı aparatının məsul əməkdaşları da iştirak ediblər.
Görüşdə rayon rəhbəri cənab Prezident İlham Əliyevin 5-ci Antalya Diplomatiya Forumunda iştirakından, ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı söhbət açıb.
Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb. Rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.