10.04.2026, 14:09
AZ EN
10.04.2026, 10:55 40

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşları dinləyəcək

XƏBƏRLƏR
  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 14-də Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Füzuli rayonlarından olan vətəndaşlarla görüşəcək.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, görüş saat 11:00-da Ağdam rayon Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) keçiriləcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Qarabağ regional bölməsinə (əlaqə vasitələri: (021) 275 52 00, (050) 888 39 98, chairman@scara.gov.az, dk-qarabag@scara.gov.az) müraciət edə bilərlər.

Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda aprel ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək. (AZƏRTAC)  

Oxşar xəbərlər