10.04.2026, 14:09
AZ EN
10.04.2026, 10:41 58

Şuşada Dayanıqlı İnkişaf Məqsədləri üzrə yerli məsləhətləşmələr keçiriləcək

XƏBƏRLƏR
  • Dayanıqlı İnkişaf Məqsədləri üzrə Şuşa və Naxçıvanda keçiriləcək tədbirlər proqramı artıq müəyyənləşdirilib. Nazir müavinləri bu tədbirlərin tarixlərini artıq razılaşdırıblar. Biz 29-30 aprel tarixlərində Şuşada, 7-8 may tarixlərində isə Naxçıvanda olacağıq.

Bunu BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç bu gün Bakıda keçirilən BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında deyib.

O bildirib ki, bu səfərlər çərçivəsində yerli icra orqanları ilə məsləhətləşmə seminarları keçiriləcək, onların Dayanıqlı İnkişaf Məqsədlərinə baxışları öyrəniləcək. Eyni zamanda universitetlərdə maarifləndirmə tədbirləri və yerli səviyyədə dialoqlar təşkil olunacaq: "Hazırda biz hamımızın olmaq istədiyi yerdəyik – artıq sahədə fəaliyyət göstəririk.

Fevral ayında bəzi həmkarlarla görüşümüz olmuşdu və məhz həmin vaxt bu sessiyanın hazırlıqlarına başlamışdıq. Məqsədimiz bu sessiyanı səmərəli, məhsuldar və konkret nəticələrə yönəlmiş şəkildə təşkil etmək idi. Həmin görüşdə birgə iş planlarımızı hazırladıq və artıq onların həyata keçirilməyə başlanması gördüyümüz işin səmərəliliyini göstərir".

BMT nümayəndəsi eyni zamanda vurğulayıb ki, yeni əməkdaşlıq çərçivəsi daha fokuslanmış və prioritetləşdirilmişdir: "Bu çərçivə Azərbaycanın milli inkişaf strategiyasına və dəyişən ölkə kontekstinə uyğunlaşdırılıb.

Fevral ayında keçirilmiş nəticə qruplarının iclasları 2026-cı il üzrə prioritetlərin nəzərdən keçirilməsi üçün mühüm platforma oldu. Bu görüşlər zamanı təkmilləşdirmə sahələri müəyyənləşdirildi və hökumətlə BMT arasında koordinasiya daha da gücləndirildi. Bu müzakirələrin nəticələri bu gün təqdim olunacaq və ümid edirik ki, sizin tərəfinizdən təsdiqlənəcək.

Qeyd etmək istərdim ki, əməkdaşlıq çərçivəsinə dair bütün məlumatlar artıq “UN Info” platformasında ictimaiyyət üçün açıqdır. Bu, BMT proqramları və xüsusilə maliyyələşmə ilə bağlı şəffaflığı təmin edir. Bundan əlavə, 2025-ci il üzrə illik hesabatlar iyun ayına qədər ictimaiyyətə təqdim olunacaq və ümumi nailiyyətlərimiz barədə geniş məlumat verəcək". (Trend)

Oxşar xəbərlər