08.04.2026, 03:47
AZ EN
07.04.2026, 21:50 111

Qərbi Azərbaycan İcmasında özbək və qırğız yazıçılarla görüş keçirilib

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan İcmasında Özbəkistan və Qırğızıstandan gəlmiş bir qrup yazıçı ilə görüş təşkil olunub.

Bu barədə Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Qonaqları İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli qonaqları salamlayaraq Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliğinin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə türk dünyası ziyalılarının rolunu xüsusi qeyd edib. O bildirib ki, belə görüşlər ortaq ədəbi-mədəni dəyərlərin qorunması və gələcək əməkdaşlıqların genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İcma sədri qonaqlara təşkilatın fəaliyyəti və Qayıdış Konsepsiyası barədə də ətraflı məlumat verib.

Görüşdə iştirak edən qonaqlar da çıxış edərək Azərbaycanla türk dünyası ölkələri arasında ədəbi və mədəni əlaqələrin inkişafından bəhs ediblər. Özbəkistanlı şair-publisist və tərcüməçi Mukimjon Nurboyev Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin tarixi və bu günü barədə fikirlərini bildirib. Şair və yazıçı Toramirzo Oripov qardaş xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Turan xalq şairi İslam Aslanov isə türk dünyasının ortaq ədəbi irsinin təbliğinin önəmini diqqətə çatdırıb.

Qırğızıstanlı şair Bazarbay Borbuyev belə görüşlərin xalqlar arasında mənəvi bağları gücləndirdiyini bildirib. Özbəkistanlı şair Hadiyaxon Oripova Azərbaycan ədəbiyyatına olan marağından danışaraq, bu cür tədbirlərin yaradıcılıq əlaqələrinə müsbət təsir etdiyini qeyd edib. Şair və müğənni Dilnoza Əziz mədəniyyət və incəsənətin xalqları birləşdirən əsas körpü olduğunu vurğulayıb. Namanqan Universitetinin prorektoru, professor Havasxon Şokirova isə elmi və ədəbi əməkdaşlığın inkişaf perspektivlərinə toxunub.

Əziz Ələkbərli özbəkistanlı şair-publisist və tərcüməçi Mukimjon Nurboyev tərəfindən "Çingiz Aytmatov – Qızıl qələm" döş nişanı ilə təltif olunub. (Report)

Oxşar xəbərlər