07.04.2026, 18:57
AZ EN
07.04.2026, 16:46 45

Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 72 nəfər həlak olub, 349-u xəsarət alıb

XƏBƏRLƏR
  • Mina və partlamamış hərbi sursatlar yalnız fiziki maneə deyil. Onlar insanların həyatını, arzularını və gələcək planlarını məhv edir. Mövcud rəqəmlər bu təhlükənin miqyasını bütün ağrısı ilə göz önünə gətirir.

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Aparat rəhbəri Rauf Hüseynov bu gün Bakıda ANAMA ilə Gənclər Fondunun tərəfdaşlığı, “Böyük Qayıdış” Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən “Böyük Qayıdış naminə təhlükəsiz gələcək” adlı forumda bildirib.

Onun sözlərinə görə, son 30 ildə 3500-dən çox soydaşımız mina qurbanı olub: "Vətən müharibəsindən sonra baş vermiş 259 mina partlayışı nəticəsində 421 nəfər zərər çəkib ki, onlardan 72-si həlak olub, 349-u müxtəlif dərəcəli xəsarətlər alıb. ANAMA və prosesə cəlb olunmuş digər tərəfdaş qurumlar tərəfindən 2020-ci il noyabrın 10-dan bu günədək 262 min 26 hektar ərazi təmizlənib, 246 min 585 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Bu rəqəmlər yalnız təmizlənmiş torpaq sahələri deyil, eyni zamanda, xilas edilmiş yüzlərlə insan həyatı deməkdir",- deyə o vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər