Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) "Telegram" kanalında bildirilib.
Səfər ərəfəsində nazirlik ikitərəfli tərəfdaşlığın dinamikasına həsr olunmuş infoqrafik məlumat yayıb.
Qeyd olunub ki, 2025-ci ildə Qazaxıstan və Azərbaycan arasında əmtəə dövriyyəsi 470 milyon dollar təşkil edib.
"Qazaxıstanda 1518 Azərbaycan şirkəti fəaliyyət göstərir, Azərbaycandan birbaşa xarici investisiyaların həcmi 220,1 milyon dollar təşkil edib (2013-cü ildən hazırkı dövrədək - red.)", - məlumatda bildirilib.
Qazaxıstan XİN tranzit-nəqliyyat sahəsinin inkişafını qeyd edib.
"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu yeni inkişaf təkanı alıb. Son 7 ildə daşımaların həcmi 5 dəfə - ildə 0,8 milyon tondan 4,5 milyon tonadək artıb. Potensial ildə 10 milyon tona qədər təşkil edir", - infoqrafik məlumatda qeyd olunub. (Report)