07.04.2026, 17:02
AZ EN
07.04.2026, 14:16 37

Paşinyanın Avropa üçün qurduğu tamaşa...

YAZILAR
  • "Paşinyanın Kremldə Putinlə “söz güləşdirməsi” inamımı bir daha möhkəmləndirdi: Paşinyan faktiki olaraq TRİPP layihəsini parlament seçkilərində namizədləyinin dəstəkləməsi müqabilində Putinlə dəyişib".

"Vətən səsi" xəbər verir ki, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov dövlət başçısı İlham Əliyevin Gürcüstana dövlət səfərini şərh edərkən belə deyib. Onun sözlərinə görə, nəticə etibarilə Rusiyanın təzyiqi altında olan Ermənistan hazırda Cənubi Qafqaz ölkələrinin nəqliyyat və kommunikasiya layihələrinə qoşulmaq şansını əldən verir: "Bu, o deməkdir ki, iki ölkə, iki kommunikasiya inhisarı – Qərbdən, Qara dənizdən Gürcüstan və Şərqdən, Xəzər dənizindən Azərbaycan Avrasiya yarımadasında yeganə quru və hava əlaqələri olaraq qalır".

Sabiq nazir vurğulayıb ki, sərhədlərimizin şimalında və cənubunda qeyri-sabitlik və qarışıqlıq uzun müddət davam edəcək. Tofiq Zülfüqarovun fikrincə, Qara dəniz hövzəsindəki Türkiyə və Xəzər dənizi hövzəsi ölkələri Avropa ilə Çin arasında rabitəni təmin edə biləcək. Buna görə Azərbaycan liderinin Gürcüstana sonuncu səfəri və yüksək səviyyəli görüşlərdə əldə olunmuş razılaşmalar regionun gələcəyi üçün çox mühüm əhəmiyyət daşıyır.

Yeri gəlmişkən, Tofiq Zülfüqarov Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftə Moskvada Rusiya lideri Vladimir Putinlə görüşü zamanı "cəsarətli dirəniş"ini əvvəlcədən qurulmuş "siyasi tamaşa" adlandırmışdı. O, Putin və Paşinyan arasındakı dialoqla bağlı mediadakı coşğunun da əbəs olduğu qənaətindədir: "Mən mediadakı bu coşğunu qətiyyən anlamıram. "Ermənistanın demokratik lideri Kremlin imperialist ambisiyalarına necə mətanətlə müqavimət göstərir" mövzusundakı tamaşa, şübhəsiz ki, istedadlı siyasi manipulyatorlar tərəfindən oynanılıb. Ancaq bu, iki müttəfiq arasındakı münasibətlərin köhnə tezislərinin təkrarı idi. Rusiya Federasiyasının Ermənistandakı hərbi varlığı və güc strukturları üzərindəki tam nəzarəti qorunub saxlanılacaq. İqtisadi qarşılıqlı fəaliyyətin səviyyəsi, konkret olaraq sanksiyalardan yan keçmə üzrə əməliyyatların həcmi artırılacaq".

Elxan SALAHOV

Oxşar xəbərlər