07.04.2026, 07:45
AZ EN
06.04.2026, 21:50 106

Aprel döyüşlərində şəhid olan Sahil Şirinovun xatirəsi anılıb

XƏBƏRLƏR
  • Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Sahil Həsrət oğlu Şirinovun xatirəsi anılıb.

Aprel döyüşlərinin 10-cu ildönümü ilə əlaqədar şəhidin məzarı başında təşkil edilən anım mərasimində Qəbələ Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri, kənd ictimaiyyəti iştirak edib. Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Sahil Həsrət oğlu Şirinov 1992-ci il iyun ayının 24-də Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub. O, 2010-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub, 2014-cü ildə məktəbi motoatıcı taqım komandiri ixtisası üzrə bitirərək leytenant hərbi rütbəsi alıb. 2016-cı ilin Aprel döyüşləri zamanı Talış kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Sahil Şirinovun ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. (AZERTAC)

Oxşar xəbərlər