Bunu bu gün Suqovuşana köçən sakin, Vətən müharibəsi qazisi Nəcəf Hacıyev deyib.
O, 44 günlük Vətən müharibəsində Suqovuşanın azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etdiyini deyib: “Suqovuşanda gedən döyüşlərdə ağır yaralanmışam. Bu gün ailəmlə birgə Suqovuşana köçürük, çox xoşbəxtəm. Bu torpaqlarda neçə döyüşçü qardaşım yanımızda şəhid oldu. Buralar mənə ikiqat doğmadır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazi qardaşlarıma can sağlığı versin. Allah Prezidentimizi, dövlətimizi var eləsin". (APA)