06.04.2026, 20:25
AZ EN
06.04.2026, 17:36 56

İrəvandan Moskvaya ismarıc: "Overçuka deyin ki..."

XƏBƏRLƏR
  • Ermənistan hökuməti Rusiyanın nəzarəti altında olan hərbi blokdan - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və iqtisadi-siyasi təşkilatdan - Avrasiya İqtisadi İttifaqından çıxmaq niyyətində deyil. İrəvcan hər iki təşkilatdan yalnız bir halda çıxa bilər: Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətini artırarsa.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı rəsmi mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin nümayəndələri bu məsələni həm birbaşa, həm də diplomatik kanallar vasitəsilə Moskvanın diqqətinə çatdırıb. Ermənistan parlamentinin spikeri Alen Simonyan isə aprelin 4-də keçirdiyi brifinqdə deyib ki, Rusiya qazın qiymətini artırarsa, Ermənistan KTMT-dən  və Aİİ-dən çıxacaq. Onun sözlərinə görə, Ermənistan KTMT-dəki fəaliyyətini sadəcə olaraq dondurub və hələlik təşkilatdan çıxmaq haqqında qərar yoxdur.  Avrasiya İqtisadi İttifaqına gəlincə, İrəvan burada fəal üzvü kimi də fəaliyyətini davam etdirir.

Bununla belə, Simonyan Rusiya və Ermənistan arasında münasibətlərin o həddə çata biləcəyini gözləmədiyini də lavə edib: "Bilirəm ki, ölkə rəhbərləri arasında çox yaxşı, işgüzar və məhsuldar bir söhbət olub".

Xatırladaq ki, Rusiya və Ermənistan arasında qazın qiyməti ilə bağlı mövzu bir neçə gün əvvəl Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin görüşündə qalxmışdı. Həmin görüşdə Kreml rəhbəri Ermənistana təzyiq etmək üçün ona Rusiya qazının qat-qat ucuz qiymətə satıldığını xatırlatmışdı: "İndi Avropada qazın qiyməti kəllə-çarxa vurub, 1000 kubmetrin qiyməti 600 dolları keçib, Ermənistana isə qazı 177 dollara satırıq, fərq böyükdür".

Həmin görüşdə Paşinyan bu mövzuya münasibət bildirməsə də, Ermənistan parlamentinin sədri İrəvanın təhdid xarakterli şərtini açıq ortaya qoyub: "Belə bir qərar qəbul edilərsə, Ermənistan qərar verəcək və nəinki KTMT-dən, həm də Aİİ-dən və digər strukturlardan tamamilə çıxacaq".

Erməni politoloq Styopa Safaryan isə Rusiya baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın Avropa İttifaqına qoşulacağı təqdirdə Rusiya ilə hava əlaqəsinin kəsiləcəyi barədə xəbərdarlığını şərh edərkən bu məsələyə xüsusi münaqsibət bildirib. O, deyib ki, Ermənistan Avropa İttifaqına üzvlük yolundan geri çəkilməyəcək. Amma Ermənistanla Aİ arasında belə bir qərar qəbul ediləndə Rusiyanın indiki hökuməti hakimiyyətdə olmayacaq: "Overçuka deyin ki, Ermənistan Avropa İttifaqına üzv olanda o və digərləri Rusiyada hakimiyyətdə olmayacaqlar. Qoy narahat olmasın, o vaxta qədər hər gün Moskva-İrəvan-Moskva reysi ilə gedib-gəlsin ki, ürək ağrısı və darıxmasını aradan qaldırsın"

Elxan SALAHOV

 

 

Oxşar xəbərlər