07.04.2026, 07:47
AZ EN
06.04.2026, 20:50 113

Gürcü ekspert: Azərbaycan və Gürcüstanın daha sıx əməkdaşlıq etməsi vacibdir

XƏBƏRLƏR
  • Biz strateji tərəfdaş ölkələrik, çoxsaylı layihələri birgə həyata keçiririk və Cənubi Qafqazda təhlükəsizliyi, iqtisadi sabitliyi, eləcə də digər sahələrdə, o cümlədən hərbi kontekstdə əməkdaşlığı təmin edən bir tandemi təmsil edirik. Ona görə də hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri mühüm hadisədir.

Bu sözləri açıqlamasında gürcü ekspert Vaxo Caraia deyib.

“Hesab edirəm ki, ölkələrimizin mövcud potensialı hazırda istifadə etdiyimizdən qat-qat böyükdür. Bu, həm iqtisadi, həm də digər sahələrə aiddir. Mövcud regional münaqişələr fonunda Azərbaycan və Gürcüstanın daha sıx əməkdaşlıq etməsi vacibdir. Tərəflər bir-birinin mövqelərini maksimum dərəcədə dəstəkləməlidir”, - deyə o vurğulayıb.

Ekspert hesab edir ki, Orta Dəhliz konsepsiyası maksimum dayanıqlı və səmərəli olmalıdır ki, həm Gürcüstan, həm də Azərbaycan üçün ən yüksək fayda versin. Onun fikrincə, perspektivdə bu dəhliz Ermənistan üçün də müəyyən imkanlar yarada bilər. (AZERTAC)

Oxşar xəbərlər