06.04.2026, 20:24
AZ EN
06.04.2026, 17:15 96

İctimai Birliyin sədri Türkiyədən olan şəhid övladları ilə görüşüb

XƏBƏRLƏR
  • “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova “Azərbaycan–Türkiyə dostluq layihəsi” çərçivəsində Türkiyədən olan şəhid övladları ilə görüşüb.

Görüş zamanı qonaqlara “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, təşkilat şəhid ailələrinə ictimai dəstəyin göstərilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir. Həmçinin birliyin fəaliyyət istiqamətləri, reallaşdırdığı təşəbbüslər və gələcək planları barədə geniş təqdimat edilib.

Tədbir çərçivəsində ölkəmizdə şəhid ailələrinə göstərilən dövlət qayğısı, bu sahədə həyata keçirilən proqram və tədbirlər haqqında da fikir mübadiləsi aparılıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər