02.04.2026, 19:01
AZ EN
02.04.2026, 17:07 216

“Xankəndi” adlı yeni kitab işıq üzü görüb

XƏBƏRLƏR
  • Yazıçı, publisist, Əməkdar jurnalist Hikmət Xudiyevin (Cəmilzadə) “Xankəndi” adlı yeni kitabı çap olunub. Kitabda XVIII əsrdən başlayaraq ermənilərin Qarabağa yerləşdirilməsi siyasəti ilə bağlı Azərbaycan xalqının milli maraqlarına zidd hadisələr haqqında ətraflı bəhs edilib. Həmçinin Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması və bundan sonra onilliklər boyu Xankəndinin "erməniləşdirilməsi” istiqamətində həyata keçirilən şovinist siyasət haqqında geniş məlumat verilib.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə Xankəndidə erməni millətçilərinin separatçı fəaliyyətinin qarşısının qətiyyətlə alınması, şəhərin sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlər də əsərin əsas mövzularındandır.
Kitabda Xankəndi, həmçinin qədim türk yurdu Kərkicahanın I və II Qarabağ müharibəsı zamanı ermənilərin törətdiyi cinayətlər nəticəsində həlak olmuş sakinləri haqqında bioqrafik məlumatlar təqdim edilib. 44 günlük müharibə və antiterror əməliyyatı, işğaldan azad edilmiş Xankəndidə aparılan bərpa-quruculuq işləri də kitabda geniş işıqlandırılıb.

Mina RƏŞİD

Oxşar xəbərlər