Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zabux kəndindən hazırlanmış videoçarx bunu əks etdirir.
Layihənin əsas məqsədi bölgədə reallaşdırılan quruculuq proseslərini, eləcə də sakinlərin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işləri ictimaiyyətə çatdırmaqdır.