02.04.2026, 12:27
AZ EN
02.04.2026, 09:49 106

Bu gün Vətən müharibəsinin şəhidi İsgəndər Allahverdiyevin doğum günüdür

XƏBƏRLƏR
  • 44 günlük Vətən Müharibəsi zamanı böyük qəhrəmanlıq göstərərək şəhid olan mərd oğullarımız sayəsində torpaqlarımız düşmən tapdağından azad olundu. 2-ci Qarabağ müharibəsi qələbə ilə başa çatdı. Qanı ilə tarix yazan qəhrəmanlarımızdan biri də İsgəndər Allahverdiyevdir.

İsgəndər Allahverdiyev Nəsir oğlu 1999-ci il 2 aprel tarixində Qax rayonunun Şotavar kəndində anadan olub. 2005-2016-cı illərdə Qax rayon tam orta məktəbində təhsil alıb.

2017-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılıb. 2018-ci ilin oktyabr ayında hərbi xidmətini uğurla başa vurub.

Azərbaycan Ordusunun əsgəri olan İsgəndər Allahverdiyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Şuşa istiqamətində gedən döyüşlərdə olub. İsgəndər Allahverdiyev noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İsgəndər Allahverdiyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" , "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər