02.04.2026, 14:18
AZ EN
02.04.2026, 12:17 21

Kəlbəcər sakini: "33 il əvvəl kədərlə tərk etdiyimiz yurdumuza bu gün qürurla qayıdırıq"

XƏBƏRLƏR
  • 33 il əvvəl Kəlbəcəri tərk edəndə qəlbimizdə sağalmaz bir yara, yaddaşımızda isə o müdhiş günlərin ağır xatirələri var idi. O vaxt dağların dumanında kədərlə çıxmışdıq, bu gün isə günəşli bir zəfər sabahında, böyük qürur və sonsuz sevinc hissi ilə doğma ocağımıza qayıdırıq.

Bu sözləri açıqlamasında aprelin 2-də Kəlbəcərə növbəti köç karvanı ilə yola düşən rayon sakini, keçmiş məcburi köçkün İman İbrahimov deyib.

İllərin həsrətini arxada qoyan həmsöhbətimiz hisslərini bu cür ifadə edib: “Onilliklər boyu hər gecə yuxumuzda o uca dağları, zümrüd meşələri, buz bulaqları görmüşük. O həsrət bizi heç vaxt tərk etmədi. Amma qəlbimizdə sönməz bir inam var idi – bilirdik ki, nə vaxtsa o yollar yenidən açılacaq, ayağımız doğma torpağa dəyəcək. Bu gün həmin o müqəddəs arzunun gerçəkləşdiyi gündür. Biz Kəlbəcərə yeni nəfəs verməyə, yenidən həyat qurmağa və yurdumuzu dirçəltməyə qayıdırıq”. (AZƏRTAC)

Oxşar xəbərlər