Bunu açıqlamasında Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sədrinin müavini, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri, tibb üzrə elmlər doktoru Yazgül Abdıyeva Bakıda keçirilən Azərbaycan Qlaukomatoloqlarının VII elmi-praktiki konfransı çərçivəsində çıxışında deyib.
Onun sözlərinə görə, Azərbaycanda oftalmoloji xidmətin optimallaşması üçün böyük işlər görülür: "Azərbaycanda Akademik Zərifə Əliyeva adına Milli Oftalmalogiya Mərkəzi, Gəncə, Şəki, Masallı filialı, Z.Əliyevanın adını daşıyan Dəmiryol Səyyar Klinikası fəaliyyət göstərir. Səyyar Klinika vasitəsilə bir gündə 400 şəxsi müayinə etmək, 50-yə qədər əməliyyat etmək mümkündür. Hər filialımız, mərkəzimiz yüksək texnoloji avadanlıqlarla təchiz olunub. Son 21 ildə təkcə Dəmiryol Səyyar Klinikasında 45 mindən çox şəxs müayinə olunub". (AZƏRTAC)