13.03.2026, 14:10
AZ EN
13.03.2026, 12:40 57

Qazaxın Azərbaycana qaytarılan kəndlərinin bərpası istiqamətində işlər aparılır

XƏBƏRLƏR
  • Qazax rayonunun 30 il Ermənistanın işğalı altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının razılaşması əsasında Azərbaycana geri qaytarılıb.

Bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabata görə, 6,5 km² ərazinin Azərbaycana qaytarılması təmin olunub. Delimitasiya işləri nəticəsində 12.7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və hazırda həmin kəndlərin bərpası istiqamətində işlər aparılır. (Trend)

Oxşar xəbərlər