13.03.2026, 13:11
AZ EN
13.03.2026, 11:17 5

Azad edilmiş ərazilərdə 248 min ha minalardan təmizlənib

XƏBƏRLƏR
  • Azad edilmiş ərazilərdə 248 min ha minalardan təmizlənib.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində 2025-ci ildə də işlər sürətlə davam etdirilib, geniş minatəmizləmə işləri aparılıb. 2025-ci ildə 69205,7 hektar, ümumilikdə isə 30 dekabr 2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərdə 248997,5 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. (APA)

Oxşar xəbərlər