13.03.2026, 14:50
AZ EN
13.03.2026, 13:34 27

Ötən il Qarabağ iqtisadi rayonunda çayların illik su ehtiyatı 831,7 kubmetr olub

ŞƏRQİ ZƏNGƏZUR
  • 2025-ci ildə Qarabağ iqtisadi rayonunda çayların illik su ehtiyatı 831,7 kubmetr təşkil edib.

Bunu Zəngilanda ekoloji işçi qrupunun iclası zamanı Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru İradə Hüseynova deyib.

O bildirib ki, Qubadlıda, Zəngilanda meşələrin monitorinqi həyata keçirilib:

"Radiasiya fonunun ilkin ölçmələri, çayların ilkin bioloji qiymətləndirməsi həyata keçirilir. Azad edilən ərazilər su ehtiyatlarımızı artırıb. Ötən il Qarabağ iqtisadi rayonunda çayların illik su ehtiyatı 831,7 kubmetr təşkil edib".

İ.Hüseynova qeyd edib ki, Şərqi Zəngəzurda çayların illik su ehtiyatı isə 1622,6 kubmetr olub:

"Bu ərazilərin çay suları ölkənin daxili su ehtiyatlarının təxminən 24 faizinə bərabərdir".

Baş direktor 2021-2022-ci illərdə aparılan monitorinqlər zamanı Ovçuçayın ciddi antropogen çirklənməyə məruz qaldığını da diqqətə çatdırıb. (Report)

Oxşar xəbərlər