13.03.2026, 14:43
AZ EN
13.03.2026, 13:24 41

Vahid Hacıyev: "Azad edilən ərazilərdə tikinti ərazisinə düşən ağaclar layihələndirməni çətinləşdirir"

ŞƏRQİ ZƏNGƏZUR
  • "Azad edilən ərazilərdə tikinti ərazisinə düşən ağaclar layihələndirməni çətinləşdirir".

Bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda ekoloji məsələlər üzrə işçi qrupun iclası zamanı deyib.

O bildirib ki, BP şirkətinin dəstəyi ilə "Yeni nəfəs" layihəsi çərçivəsində Zəngilan rayonu ərazisində 50 min ağac əkiləcək:

"Həmin ağaclara ekoloji cəhətdən düzgün qulluq olunması çox vacibdir. İkinci məsələ azad edilmiş ərazilərdə tikinti ərazilərinə düşən ağaclardır. Ağacların invertarlaşdırılması həyata keçirilir. Bu zaman kəsilməsi mümkün olmayan ağacların daşınması çətinləşir. Bu səbəbdən layihələndirmə zamanı böyük problemlərlə üzləşirik. Biz invertarlaşmanı paralel aparmalıyıq ki, tikilən evlərin yerləri müəyyən olunsun". (APA)

Oxşar xəbərlər