43 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədən sonra azad edilmiş ərazilərdə aparılan sürətli bərpa işləri və dövlət başçısının bölgəyə mütəmadi səfərləri qeyd olunub. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət, həmçinin məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 100-dən çox yeni qəsəbənin salındığı bildirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial-iqtisadi sahədəki xidmətləri və köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasındakı çoxşaxəli fəaliyyəti xüsusi vurğulanıb. Səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülüb.
Qəbulda Laçın Rayon Prokuroru İlqar Səadətov, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.