14.12.2025, 03:46
AZ EN
11.12.2025, 12:36 211

Xocalı sakini: Sevinirəm ki, övladlarımız doğma yurdumuzda böyüyəcəklər

XƏBƏRLƏR
  • Uzun illərin həsrətindən sonra yurdumuza, doğma torpaqlarımıza qayıdırıq. Bundan gözəl nə ola bilər!? Uşaqdan böyüyə hamımız sevincliyik, qürurluyuq.

Bu sözləri müsahibəsində Xocalı sakini Vaqif Ağayev deyib.

“Köçkünlük illərində ən çox narahat olduğum o idi ki, gənc nəsil ata-baba yurdunu görmədən böyüyür. Bu gün həm də ona görə sevinirəm ki, doğma torpaqlara ailəmlə, övladlarımla birgə qayıdıram və onlar doğma yurdumuzda böyüyəcəklər”, – deyə o bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər