Bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində rəhbərlərin işgüzar sessiyasında çıxışı zamanı bildirib.
"Son qlobal və regional hadisələr Azərbaycanın əsas rol oynadığı Orta Dəhliz təşəbbüsünün artan əhəmiyyətini vurğulayıb", - o deyib.
Onun sözlərinə görə, etibarlı və səmərəli ticarət marşrutu kimi dəhlizin strateji dəyəri getdikcə daha aydın görünür: "Bu dəhliz ticarət axınlarını şaxələndirmək və qlobal pozuntuları (tədarük zəncirindəki - red.) yumşaltmaq imkanı verir". (Report)