04.05.2026, 17:27
AZ EN
04.05.2026, 15:19 117

Xankəndidə şəhərsalma prinsiplərinə uyğun olmayan tikililər sökülür

QARABAĞ
  • İşğal dövründə Xankəndidə şəhərsalma prinsiplərinə uyğun olmayan tikililər sökülərək yerində funksional infrastrukturlar qurulur. Belə layihələr arasında müasir tipli ictimai iaşə obyektləri, o cümlədən Zəfər Parkı simvolik məkan kimi xüsusi diqqət çəkir.

“Vətən səsi” xəbər verir ki, hazırda Xankəndidəki Mədəniyyət Mərkəzinin binası müasir layihə əsasında bərpa edilir. Biznes Mərkəzi də təmir olunaraq müasir ofis və xidmət məkanına çevrilib, yararlı vəziyyətə gətirilib. Bundan başqa, şəhərin mədəni yaddaşını özündə əks etdirən Dövlət Dram Teatrı, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin inzibati binası, Qarabağ Univeristetinin tələbə yataqxanasının yeni korpusları və avtovağzal kompleksinin yerləşdiyi binalarda da bərpa-tikinti işləri davam edir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa-Tikinti İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, ümimilikdə ötən il Xankəndidə 26 çoxmərtəbəli yaşayış binası təmir olunub. Bu ilin sonunadək daha 37 çoxmərtəbəli yaşayış binasının təmiri nəzərdə tutulub.

Otuz ildən artıq Ermənistanın işğalı altında qalan Xankəndidə yol infrastrukturunun da yenidən qurulması istiqamətində mühüm addımlar atılır. Hazırda bu istiqamətdə ən iri layihələrdən olan Ağdam-Xankəndi-Şuşa avtomobil yolunun, həmçinin Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi davam edir.

Röya SALMANQIZI

Oxşar xəbərlər