Dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Yusif Məmmədov 1972-ci il iyunun 29-da Sumqayıt şəhərində anadan olub. O, 1994-cü il fevralın 7-də Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə - Murovdağda itkin düşmüşdü.
Yusif Məmmədov Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək dəfn olunan beş şəhiddən biridir. (AZƏRTAC)