26.09.2025, 04:16
AZ EN
23.09.2025, 15:48 185

Nərimanov rayonunda Cəbrayıl sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov səyyar görüş-qəbul keçirib. Rayon rəhbərinin sakinlərlə görüşü İcra Hakimiyyətinin Bakı şəhəri, Nərimanov rayonunda yerləşən qərargahında olub. Qəbulda aparatın məsul əməkdaşları və ərazidə müvəqqəti məskunlaşan rayon sakinləri iştirak ediblər.

Rayon rəhbəri cənab Prezident İlham Əliyevin ölkənin daxili və xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən geniş söhbət açıb.
Daha sonra sakinlər tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilib, onları narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapıb, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülüb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər