Görüşdə RİH başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin dünyada və regionda artan nüfuzundan danışıb, ölkəmizin sosial-iqtisadi inkişafı, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icra vəziyyəti haqqında ətraflı məlumat verib. Şuşa rayon əhalisinin doğma Şuşaya qayıdışının davam etdiyini diqqətə çatdırıb.
İcra başçısı səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Müraciətlərdə qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilərək onların icrası nəzarətə götürülüb.
Hazırladı: Mina RƏŞİD