"Vətən səsi" xəbər verir ki, Kəlbəcər rayon 99 nömrəli tam orta məktəbin inzibati binasında təşkil olunan səyyar qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak edib. Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin düşmənə ağ bayraq qaldırtdıraraq qondarama dövlət qurumlarının ləğvinə, ərazi bütövlüyümüzün tam bərpasına səbəb olan lokal antiterror əməliyyatından, uğurla icra edən “Böyük qayıdış” dövlət proqramından, eləcədə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından danışıb.
Qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən şəxsi məsələləri icra başçısının nəzərinə çatdırıb. Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilib.
Elxan SALAHOV