27.09.2025, 10:58
AZ EN
30.09.2024, 11:09 358

Şəhid övladları Palçıq Vulkanları Turizm Kompleksində olublar

XƏBƏRLƏR
  • "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin övladları üçün Qobustanda yerləşən Palçıq Vulkanları Turizm Kompleksinə ekskursiya təşkil edilib.

Ekskursiya zamanı bələdçilər məktəbli şəhid övladlarına ölkəmizdəki palçıq vulkanları barədə ətraflı məlumat veriblər. Ekskursiya iştirakçıları kompleks ərazisində yerləşən Təbiət tarixi sərgi zalında Azərbaycan və dünya faunasına aid heyvan skeletləri və tarixi eksponatlarla tanış olublar.

İştirakçılar üçün rəngkarlıq, dulusçuluq və boyama incəsənət sahələri üzrə master-klaslar təşkil olunub.

Ekskursiyanın yekununda iştirakçılara hədiyyələr verilib. (AZƏRTAC)

Oxşar xəbərlər