Bu fikri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev deyib.
“Bu parlament seçkiləri mühüm və tarixi bir hadisədir. Şuşada, Xankəndidə, Xocalıda, Ağdamda və digər azad edilmiş ərazilərdə seçkilərin keçirilməsi məni çox xoşbəxt edir. Düşünürəm ki, əhalimiz seçkilərdə fəal olacaq, bu tarixi hadisədə iştirak edəcəklər. İşğaldan azad edilmiş ərazilərdə səs verəcək insanlarımız daha fəal olmalıdır. Hesab edirəm ki, bu seçkilər eyni zamanda ölkəmizin gələcək inkişafı üçün böyük töhfələr verəcək”, - deyə Qəzənfər Ağayev bildirib.