29.06.2025, 00:13
AZ EN
29.01.2024, 11:42 427

Mənim qəhrəmanım qardaşımdır

XƏBƏRLƏR
  • Əmirin sinif yoldaşları, dostları deyir ki, onun kiməsə acı söz dediyini, narazılığını görməmişik. Çox zarafatcıl idi, üzü gülərdi. Elə bacıları da Əmirin şən, mehriban, onlara yaxşı qardaş olduqlarından danışırlar. Bunu bacıların danışdıqca üzlərinə qonan nurlu təbəssümdən də hiss etmək olur. Elə Əmirin gülərüzülü şəkillərindən də... Əmir bacılarını bir-birindən ayırmazdı, ikisinə də eyni hədiyyə alardı ki, ayrı-seçkilik olmasın. Fatimə deyir ki, mənim qəhrəmanım elə qardaşımdır. Bacıları həmişə onunla fəxr etmişik, ömrümüzün sonuna qədər də fəxr edəcəyik, deyirlər...

Əmirin atası danışır ki, səfərbərlik elan olunanda mən özüm gedib orduya yazılmışdım, tankçı olmuşam, dedim ki, lazım olaram. Müharibə başlayanda getdim, dedilər olmaz, övladın gəlsin...     

Bu gün Vətən Müharibəsi qəhrəmanlarından olan şəhid Əmir İlham oğlu Kazımovun doğum günüdür. O, 1998-ci il yanvarın 29-da Xəzər rayonunun Şağan qəsəbəsində anadan olub. Əvvəlcə, Şağan qəsəbəsində yerləşən 124 nömrəli, sonra 230 nömrəli tam orta məktəbdə təhsil alıb.
Əmir Kazımov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib.

27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında müvafiq sərəncamına uyğun olaraq Əmir Kazımov yenidən hərbi xidmətə çağırılıb.

Azərbaycan Ordusunun əsgəri olan Əmir Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində mərdliklə vuruşub.

2020-ci il oktyabrın 10-da Əmir Kazımv Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb. Nəşi bir müddət tapılmayıb.

 2020-ci il noyabrın 26-da doğulduğu Xəzər rayonunun Şağan qəsəbəsində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əmir Kazımov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Cənnətdəki doğum günün mübarək, məzarın nula dolsun, qəhrəman Əmir balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər